Göygöldə qəzada xəsarət alan uşaq xəstəxanada ölüb - YENİLƏNİB

Göygöldə qəzada xəsarət alan uşaq xəstəxanada ölüb - YENİLƏNİB
# 19 yanvar 2023 03:30 (UTC +04:00)

Xəbərə foto əlavə olunub.

***

20.50

Göygöldə baş verən qəzada xəsarət alan 2015-ci il təvəllüldü Lamiyə Salmanova xəstəxanada ölüb.

Bu barədə APA-nın yerli bürosu məlumat verib.

***

19.52

Göygöldə yol-nəqliyyat hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Kamaz” markalı yük maşını “Opel” markalı minik avtomobili ilə toqquşub.

Qəza zamanı 1969-cu il təvəllüdlü Tamaşa Məhərrəmova, 1991-ci il təvəllüdlü Samiyə Salmanova və 2015-ci il təvəllüdlü Lamiyə Salmanova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR