Hacıqabul sakinini toyda bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

Hacıqabul sakinini toyda bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB
# 24 iyul 2022 10:35 (UTC +04:00)

İyulun 23-də gecə saatlarında Hacıqabul rayon sakini Vüsal Məmmədovun sinə nahiyyəsinə bıçaqla yetirilmiş xəsarət ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Hacıqabul Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən İlkin Məmmədov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, V.Məmmədova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır.

***

23 iyul saat 22:24

Hacıqabulda bıçaqlanma baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərində toy mərasimində qeydə alınıb.

Şəhər sakini, 1991-ci il təvəllüdlü Məmmədov Vüsal Vidadi oğlu münaqişə zəminində bıçaqlanıb. 31 yaşlı kişiyə vurulan bıçağın tiyəsi sınaraq onun sinəsində qalıb. Yaralı Şirvan xəstəxanasına yerləşdirilərək əməliyyata götürülüb. Onun kim tərəfindən bıçaqlandığı araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR