Hacıqabulda baş verən qəzada ər və arvad xəsarət alıb

Hacıqabulda baş verən qəzada ər və arvad xəsarət alıb
# 08 noyabr 2019 06:10 (UTC +04:00)

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində “Hyundai” və “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü, Bakı sakini, 1961-ci il təvəllüdlü İbrahimov Sabiq İbrahim oğlu və onun həyat yoldaşı, 1960-cı il təvəllüdlü Əliyeva Fiqurə Xanəli qızı müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR