Hacıqabulda “KamAZ” piyadanı vuraraq ağır yaralayıb

Hacıqabulda “KamAZ” piyadanı vuraraq ağır yaralayıb
# 25 iyul 2022 09:26 (UTC +04:00)

Hacıqabulda avtomobil piyadanı vuraraq ağır yaralayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAZ” markalı avtomobil yolu keçən Şirvan sakini, 1959-cu il təvəllüdlü Səmədov Malik Umud oğlunu vurub. Piyada ağır kəllə-beyin travması ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR