Hacıqabulda vətəndaşın bank hesabından oğurluq olub

Hacıqabulda vətəndaşın bank hesabından oğurluq olub
# 01 yanvar 2022 12:06 (UTC +04:00)

Hacıqabul Rayon Polis Şöbəsinə dekabrın 27-də şəhər sakini S.Ağayevanın bank hesabından 367 manat pulunun oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş F.Nəcəfov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR