Bakıda hoteldə həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Tərlan Abdullayevin cinayət işi üzrə məhkəmə başa çatıb.
APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Tərlan Abdullayev 8 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il iyunun 4-də paytaxtın Nəsimi rayonu, L.Tolstoy küçəsində yerləşən “Citadel” hotelində baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü T.Abdullayev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı - Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Rüqayyə Abdullayevanı bıçaqlayıb.
Daha sonra T.Abdullayev saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 29.120.2.4-cü (Qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.