Hoteldə müğənnini öldürmək istəyən şəxsə hökm oxunub

Hoteldə müğənnini öldürmək istəyən şəxsə hökm oxunub
# 27 yanvar 2022 17:16 (UTC +04:00)

Bakıda hoteldə müğənnini öldürməyə cəhddə təqsirləndirilən Əli Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Ə.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il paytaxtın Nizami rayonunda baş verib. Şəhər sakini, Aygün Mirzəyevanın çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon ərazisində olan hotellərin birində Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR