İmişli sakini həmkəndlisini bıçaqlayıb

İmişli sakini həmkəndlisini bıçaqlayıb
# 20 noyabr 2019 22:15 (UTC +04:00)

İmişli sakini bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Məmmədli kənd sakini, 1997-ci il təvəllüdlü Əlizadə Camal İlqar oğlu şəxsi münasibətlər zəminində həmkəndlisi - 1992-ci il təvəllüdlü Əliyev Əlizamin Yəhya oğlunun qarın boşluguna bıçaqla xəsarət yetirib. Yaralı İmişli MRX-ya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR