İmişlidə yük avtomobili abidəyə çırpılıb - FOTO

İmişlidə yük avtomobili abidəyə çırpılıb - FOTO
  • Clock-gray 09:42
  • calendar-gray 17 Oktyabr 2019

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Horadiz avtomagistralının İmişli rayonunun Qaradonlu kəndindən keçən hissəsində Hacıqabul rayon sakini, 1977-ci il təvəllüdlü Cəbrayılov Ramil Cavanşir oğlunun idarə etdiyi qoşqulu “KamAZ” markalı 24 BD 085 dövlət nömrə nişanlı avtomobildə idarəetməni itirərək yol kənarında yerləşən “Azad qadın” abidəsinə çırpılıb. 

Hadisə zamanı xəsarət alan olmasa da, abidəyə və yol infrastrukturuna ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.
 

Əlibəy Zeynallı

Digər xəbərlər

Arxiv

date