“İnstagram”da tanış olduğu qadını şantaj edən şəxs tutulub

 “İnstagram”da tanış olduğu qadını şantaj edən şəxs tutulub
  • Clock-gray 12:03
  • calendar-gray 19 Avqust 2019

Qusarda qadını şantaj edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 17-də Qusar rayon sakini olan bir qadın  Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.  

O, ərizəsində avqust ayında “İnstagram” sosial şəbəkəsində tanış olduğu naməlum şəxsin onunla danışmayacağı təqdirdə intim şəkillərini yayacağı ilə hədələdiyini bildirib.

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini R.Həsənov saxlanılıb. 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date