İmişlidə qəzaya düşən qadın 8 gün sonra ölüb

İmişlidə qəzaya düşən qadın 8 gün sonra ölüb
# 03 may 2023 09:22 (UTC +04:00)

İmişlidə ölümlə nəticələnən yol qəzasında xəsarət alan qadın 8 gün sonra ölüb

APA xəbər verir ki, aprelin 24-də İmişli-Bəhrəmtəpə avtomobil yolunun Rəsullu kəndi ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Xankişiyev Aydın Əlinağı oğlu idarə etdiyi “Lexus L570” markalı avtomobil ilə 1960-cı il təvəllüdlü Aslanov Qaytaran Zalı oğlunun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobil toqquşub. "Mitsubishi"də sərnişin qismində olan İmanova Səma Sədi qızı aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Nevrocərrahiyə Xəstəxanasına daxil olub.

Həkimlərin səyinə baxmayaraq S.İmanova ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR