Fövqəladə Hallar Nazirliyi (FHN) İsmayıllıda baş verən yanğın barədə məlumat yayıb.
APA FHN-in saytına istinadən xəbər verir ki, rayonunun Qoşakənd kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 15 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 48 m² olan talvarın altına yığılan 3 ton ot bağlamasının 60 kiloqramı yanıb.
Ot bağlamalarının qalan hissəsi və talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
16.36
İsmayıllı rayonunda yanğın olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində rayonun Qoşakənd kənd sakini, 1953-cü il təvəllüdlü Nəsibov Rafael Vəli oğluna məxsus ümumi sahəsi 120 kvadratmetr olan 6 otaqlı evdə baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ev və içəridəki əşyalar, eləcə də yaxınlıqdakı tövlə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.