Bank Of Baku

İsmayıllıda məktəbdə qətl törədilib - VİDEO

İsmayıllıda məktəbdə qətl törədilib - VİDEO
# 11 fevral 2022 12:26 (UTC +04:00)

İsmayıllı rayonunda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Basqal kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin gözətçisi vəzifəsində çalışan kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu aralarında baş verən mübahisə zamanı məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayıb.

Ağır bədən xəsarətləri alan Gülarə Qəhrəmanova çoxlu qan itirdiyi üçün hadisə yerində keçinib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Məlumata görə, Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var. Qətli törədən Bəxtiyar Əhmədli hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR