İsmayıllıda yaşayış binasında yanğın olub

İsmayıllıda yaşayış binasında yanğın olub
# 21 aprel 2022 17:36 (UTC +04:00)

İsmayıllı şəhərində yanğın olub.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzilin yanar konstruksiyaları 16 m² sahədə və qismən içərisindəki ev əşyaları yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR