Kafedə narkotik gizlədən Zaqatala sakini saxlanılıb - FOTO

Kafedə narkotik gizlədən Zaqatala sakini saxlanılıb

© APA | Kafedə narkotik gizlədən Zaqatala sakini saxlanılıb

# 23 iyul 2022 16:56 (UTC +04:00)

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Nurlan Muradov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan bir ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkarlanıb.

N.Muradova məxsus rayonun Qandax kəndində yerləşən kafeyə baxış keçirilən zaman isə oradan yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR