Küləyə görə Qaxın beş kəndinin elektrik təchizatı kəsilib

Küləyə görə Qaxın beş kəndinin elektrik təchizatı kəsilib
# 05 fevral 2022 20:00 (UTC +04:00)

Güclü külək Qax rayonun beş kəndini işıqsız qoyub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, günorta saatlarından rayonun bəzi ərazilərində güclü küləklə müşahidə edilən hava şəraiti hökm sürür.

Güclü külək nəticəsində rayonun Alatəmir kənd ərazisində iri gövdəli qoz ağacı elektrik xəttinin üzərinə aşıb. Nəticəsində elektrik xətləri qırılıb. Bu səbəbdən rayonun Alatəmir, Turaclı, Marsan, Fıstıqlı və Cüdüllü kəndlərinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda Qax rayon Elektrik Şəbəkəsinin əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

Yaxın saatlarda elektrik enerjisinin verilməsi bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR