Kürdəmirdə qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

Kürdəmirdə qanunsuz tikinti

© APA | Kürdəmirdə qanunsuz tikinti

# 19 aprel 2022 10:46 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

FHN-dən APA-ya verilən xəbərə gör, Agentliyin mütəxəssisləri tərəfindən Kürdəmir rayonu, Xırdapay kəndində vətəndaş Səmədov Akif Ağa oğlu tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR