Kürdəmirdə sahibsiz itlər kişinin qulağını qoparıb - VİDEO

Kürdəmirdə sahibsiz itlər kişinin qulağını qoparıb - VİDEO
# 05 dekabr 2021 20:27 (UTC +04:00)

Kürdəmirdə sahibsiz itlər rayon sakininə hücum edərək qulağını qoparıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun QarasaqqaI kəndində qeydə alınıb.
Kənd sakini 49 yaşlı Məmmədov Qurban Əhəd oğlu kənddə gəzərkən küçə itlərinin hücumuna məruz qalıb. Nəticədə itlər Q.Məmmədovun sağ qulağını dişləyərək qoparıb. Zərərçəkən ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, cari ildə Kürdəmirdə 300 nəfərdən çox insan itlərin hücumuna məruz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR