Əli Qabil oğlu Dövlətov yaşadığı evdə sərxoş vəziyyətdə mətbəx bıçağı ilə özünə yüngül dərəcəli bədən xəsarəti yetirib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
17 fevral saat 21.24
Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
APA-nın Cənub bürosu xəbər verir ki, hadisə axşam saatlarında Liman şəhərinin "Sovxoz” adlanan hissəsində qeydə alınıb.
Hələlik kim tərəfindən vurulduğu məlum olmayan, 1985-ci il təvəllüdlü Əli Qabil oğlu Dövlətov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat blokuna alınıb. Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.