Lənkəranda balıq tutan şəxsi elektrik cərəyanı vurub

Lənkəranda balıq tutan şəxsi elektrik cərəyanı vurub
# 25 fevral 2023 16:31 (UTC +04:00)

Lənkəranda balıq tutan şəxsi elektrik cərəyanı vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə hadisə Lənkəran rayonunun Ürgə kəndində baş verib.

Ölən şəxsin Lənkəran rayonunun Veravul kənd sakini 36 yaşlı Elvin Rasim oğlu Bağırovun olduğu məlum olub.

O, balıq tutmaq istəyərkən, tilovu yuxarıdan keçən yüksək gərginlikli elektrik naqilinə toxunub.

Faktla bağlı araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR