Lənkəranda çimərlik ərazisində mina tapılıb

Lənkəranda çimərlik ərazisində mina tapılıb
# 29 may 2023 12:58 (UTC +04:00)

Lənkəranda dəniz kənarında mina tapılıb.

APA-nın Cənub bürosu xəbər verir ki, mina sakinlərin istifadə etdiyi çimərlik ərazisində aşkarlanıb. Dərhal aidiyyəti orqanlar məlumatlandırılıb və əraziyə cəlb olunublar.

Çimərlikdən istifadə edən sakinlər ərazidən uzaqlaşdırılıb. Görülən tədbirlərdən sonra mina zərərsizləşdirilib.

Qeyd edək ki, ərazidə vaxtilə hərbi hissə olub. Yerli sakinlər bu tip hadisə ilə tez-tez qarşılaşırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR