Lənkəranda orta məktəbdə yanğın olub

Lənkəranda orta məktəbdə yanğın olub
# 14 dekabr 2022 10:37 (UTC +04:00)

Lənkəran şəhərində 1 saylı tam orta məktəbdə yanğın olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Hadisə yerinə FHN-nin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Qısa müddətdə yanğının qarşısı alınıb. Yanğına elektrik naqillərində baş verən qısaqapanmanın səbəb olduğu deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR