Masallıda ağır yol qəzasında 8 nəfər ölüb - VİDEO - SİYAHI - YENİLƏNİB 2

Masallıda ağır yol qəzasında 8 nəfər ölüb - VİDEO - SİYAHI - YENİLƏNİB 2
  • Clock-gray 13:31
  • calendar-gray 09 İyul 2019

Qəza yerindən video əlavə olunub.

****

11:35

Qəza yerindən yeni fotolar əlavə edilib. 

***

Masallıda baş vermiş yol qəzasında ölənlərin adları məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, qəza nəticəsində, Əlizahir Atalı oğlu Tağıyev (2002), Əsgər Yaqub oğlu Rzayev (1983), Hikmət Əsgər oğlu Rzayev (2002), Azər Əsgər oğlu Rzayev (2008), Ayxan Natiq oğlu Rufullayev (2016), Məmmədova Gültac Ələkbər qızı (1996), Məmmədova Aytac Ələkbər qızı (1995) və Məmmədov Elgün Ələkbər oğlu (1997) həyatını itirib.

***** 

08:57

Masallıda "KAMAZ" markalı avtomobilin "Mercedes Vito" markalı mikroavtobusla toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın cənub bürosunun məlumatına görə, qəza yeni Ələt-Astara magistral yolunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Lerikə toy məclisinə gedən Lerik sakinlərinin içində olduğu 2 mikroavtobusdan biri eyni istiqamətdə hərəkətdə olan Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zeynalovun idarə etdiyi "KAMAZ" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, qəzada ölənlərin hamısı qohumdur. Ölənlərin 2-si qadın, 3-ü kişi, 3-ü isə məktəblidir.  

Qəzada ağır yaralanan Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Miranə Atalı qızı Tağıyeva hazırda reanimasiyadadır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date