Masallıda evlərdən qızıl və pul oğurlayan qadınlar tutulub

Masallıda evlərdən qızıl və pul oğurlayan qadınlar tutulub
# 18 sentyabr 2019 11:47 (UTC +04:00)


Masallıda evlərdən oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumat görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon sakini K.Məmmədovanın 50 manatını və qızıl-zinət əşyalarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini F.Abdullazadə saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun həmyerlisi olan bir qadınla birgə rayon ərazisindəki evlərin birindən 500 manat, 5300 ABŞ dolları və 13.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR