Bank Of Baku

Masallıda it 3 nəfərə hücum edib, 1 nəfər ölüb - YENİLƏNİB

Masallıda it 3 nəfərə hücum edib, 1 nəfər ölüb - YENİLƏNİB
# 24 fevral 2023 19:48 (UTC +04:00)

Masallı rayonu Viləş kəndinin ərazisindəki örüş sahəsində həmin kəndin sakini Ceyhun Fərəcov kənd sakinlərindən birinə məxsus itin hücumuna məruz qalıb.

APA-nın cənub bürosu xəbər verir ki, ilkin məlumata görə, itin C.Fərəcovun bədəninin müxtəlif nahiyələrindən dişləməsi nəticəsində həmin şəxs ölüb.

İt həmin vaxt orada olan Elməddin Məmmədov və Musa Kasımovu da bədəninin müxtəlif nahiyələrindən dişləyib. Həmin şəxslər Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, C.Fərəcovun ilkin ehtimala görə it dişləməsindən ölməsi, digər iki şəxsin isə it dişləməsi diaqnozu ilə xəstəxanaya daxil olması ilə bağlı müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

***

19:42

Masallıda üç it 40 yaşlı kişini parçalayaraq öldürüb, köməyə gələn iki nəfərə də xəsarət yetiriblər.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Ceyhun adlı 40 yaşlı kişi örüş sahəsində qoyun otaran zaman həyət evlərindən çıxan üç it ona hücum edib.

Bu zaman yardım etməyə gələn iki nəfər də xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib və vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR