Masazırda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1 - VİDEO

Masazırda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1  - VİDEO
# 25 may 2022 13:52 (UTC +04:00)

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın onbirmərtəbəli yaşayış binasının liftinin şaxtasında baş verib və bir qrup vətəndaş mənzillərdə təhlükəli vəziyyətdə qalıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülərək alovun genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib. Eyni zamanda, yanğınsöndürənlər tərəfindən xüsusi texnikanın tətbiqi ilə binanın yuxarı mərtəbələrində təhlükəli vəziyyətdə qalmış vətəndaşlar xilas edilib. Ümumilikdə xilasetmə əməliyyatı zamanı 15 bina sakini qatı tüstülənmiş binadan təhlükəsiz yerə təxliyə olunub.

Yanğın nəticəsində liftin şaxtasının arxa hissəsindən keçən kabellər 18 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub.

***

11.51

Masazırda yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

***

11.19

Masazırda yaşayış binasında yanğın başlayıb.

APA xəbər verir ki, hadisə Abşeron Gənclər şəhərciyində yerləşən binaların birində qeydə alınıb.

Məlumata görə, binanın liftinin şaxtası yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühazifə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR