"Metak"da qaynaqçı hündürlükdən yıxılıb

"Metak"da qaynaqçı hündürlükdən yıxılıb
# 19 iyul 2022 09:24 (UTC +04:00)

Bakıda qaynaqçı hündürlükdən yıxılıb.

APA xəbər verir ki, hadisə Nərimanov rayonu, Böyükşor qəsəbəsində yerləşən "Metak" MMC-də baş verib.

Orada qaynaqçı işləyən, 1986-cı il təvəllüdlü Vüqar Paşayev cəmiyyətin sexində dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılıb. O, ağır kəllə-beyin tramvası ilə xəstəxanaya daxil olunub. Hazırda vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR