Metropoliten: "Sahil" stansiyasında sərnişinlərin xəsarət alması barədə müraciət olmayıb

Metropoliten: "Sahil" stansiyasında sərnişinlərin xəsarət alması barədə müraciət olmayıb
# 04 oktyabr 2022 11:39 (UTC +04:00)

“Bakı Metropoliteni” “Sahil” stansiyasında yaranan nasazlıq barədə yayılan məlumatlara münasibət bildirib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov APA-ya deyib "Sahil" stansiyasında sərnişinlərdən biri zərurət olmadan təhlükəsizlik düyməsini sıxıb, nəticədə, eskalator dayanıb: “Dərhal texniki baxış keçirilib, hansısa texniki nasazlıq olmadığı müəyyən edilib. Sərnişinlərdən xəsarət və ya hər hansı bir problemlə bağlı müraciət edən olmayıb. Eskalator qısa müddətdə işə salınıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR