Mingəçevir sakini münaqişə zamanı bıçaqlanıb

Mingəçevir sakini münaqişə zamanı bıçaqlanıb
# 14 avqust 2019 21:34 (UTC +04:00)

Mingəçevirdə 32 yaşlı kişi bıçaqlanıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Sağ sahil yaşayış massivində baş verib.

Belə ki, mübahisə və münaqişə zəminində 1987-ci il təvəllüdlü şəhər sakini Əhmədov Cəlil Zabit oğlu bıçaqlanaraq ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralı ilkin müayinədən və tibbi yardımdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin hansı zəmində baş verdiyi, kim və yaxud kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR