Mingəçevir su anbarı ərazisində mərmi tapılıb - FOTO

Mingəçevir su anbarı ərazisində mərmi tapılıb - FOTO
# 22 sentyabr 2019 21:24 (UTC +04:00)

Bu gün Mingəçevir su anbarı hövzəsində çimərlik ərazisində yerli sakinlər tərəfindən mərmi tapılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, sahildə dolaşan azyaşlı uşaqlar suyun çəkildiyi ərazidə naməlum əşya aşkar edib və hətta onunla oynamağa cəhd göstəriblər. Daha sonra onu görən ərazi sakinləri - məcburi köçkünlər onun mərmi olduğunu müəyyən edərək aidiyyəti qurumlara xəbər edib. ANAMA nümayəndələri əraziyə gələrək mərmini təhlükəsiz yerə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR