Mingəçevirdə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Mingəçevirdə iki avtomobil toqquşub, ölən və yaralananlar var
# 13 yanvar 2023 20:16 (UTC +04:00)

Mingəçevir şəhəri, Samux küçəsində Ülvi Hətəmovun idarə etdiyi “Mercedes” və Əhməd Əhmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobil toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən xəbərə görə, qəza nəticəsində hər iki sürücü, eləcə də nəqliyyat vasitələrində olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. “QAZ-3110” markalı avtomobildəki sərnişinlərdən biri, 1983-cü il təvəllüdlü şəhər sakini Azər Manafov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR