Mingəçevirdə iki minik avtomobili toqquşub - FOTO

Mingəçevirdə iki minik avtomobili toqquşub - FOTO
# 05 oktyabr 2019 10:21 (UTC +04:00)

Mingəçevirdə yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Gəncə şossesində qeydə alınıb. Mübariz Səttərovun idarə etdiyi “Hyundai” markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən “Mercedes” markalı maşınla toqquşub.

Qəza nəticəsində ağır xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR