Mingəçevirdə iki minik avtomobili toqquşub, xəsarət alan var

Mingəçevirdə iki minik avtomobili toqquşub, xəsarət alan var
# 10 oktyabr 2019 10:18 (UTC +04:00)

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb. ”Opel” markalı avtomobil “NAZ-Lifan” markalı maşınla toqquşub. Qəza nəticəsində “Opel”də olan sərnişin, 2008-ci il təvəllüdlü Məmmədov Səbuhi Firdovsi oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR