Müdafiə Nazirliyinin sabiq baş zabiti həbs olunub

Müdafiə Nazirliyinin sabiq baş zabiti həbs olunub
# 28 may 2022 13:32 (UTC +04:00)

Müdafiə Nazirliyinin (MN) Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 maddələri ilə cinayət işi başlanıb, lakin Zahid Niftəliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

O, ötən gün saxlanılmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR