Nabranda istirahət mərkəzində 10 nəfər zəhərlənib - YENİLƏNİB

Nabranda istirahət mərkəzində 10 nəfər zəhərlənib  - YENİLƏNİB
# 20 iyul 2022 12:40 (UTC +04:00)

Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar:

"11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir".

12:15

Xaçmazda istirahət mərkəzində 5 nəfər zəhərlənib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra 5 nəfərin vəziyyəti pisləşib.

Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə onlar qidadan zəhərlənib.

Fakt araşdırılır.

Yetər Kərimli

Vəli Turan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR