Naxçıvan sakini intihara cəhd edib

Naxçıvan sakini intihara cəhd edib
# 10 iyun 2023 08:12 (UTC +04:00)

Naxçıvan sakini özünə qəsd edib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə ötən gün Naxçıvan şəhərinin Xətai məhəlləsində qeydə alınıb.

Naxçıvan şəhər sakini, 1979-cu il təvəllüdlü Zeynalov Fərid Abbas oğlu hər iki biləyini doğrayıb. Təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilən F.Zeynalovun biləklərinə tikiş qoyulub, vəziyyəti sabit qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR