Naxçıvanda 2 maşın toqquşub, xəsarət alan var - FOTO

Naxçıvanda 2 maşın toqquşub, xəsarət alan var - FOTO
# 06 yanvar 2023 11:24 (UTC +04:00)

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Atatürk küçəsində qeydə alınıb.

75-AA-048 dövlət qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobil "Opel" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. "Opel" markalı avtomobilin sürücüsü isə yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ceyhun Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR