Naxçıvanda daha bir polis rəisi təqaüdə göndərilib

Naxçıvanda daha bir polis rəisi təqaüdə göndərilib
# 28 yanvar 2023 19:43 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında daha bir rəis təqaüdə göndərilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu şəxs Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Gündüz Qədimovdur.

Qeyd edək ki, Gündüz Qədimov bu vəzifəyə son iki il idi təyin olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR