Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Culfa rayonunun Ərəzin kəndi ərazisində rayon sakini R. Abdullayev idarə etdiyi “Hyundai” markalı mikroavtobusu aşırıb.
Qəza nəticəsində sərnişin Nərgiz Qədimbəyli hadisə yerində ölüb, digər 6 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.