Naxçıvandan Bakıya uçan təyyarə geri qayıdıb

Naxçıvandan Bakıya uçan təyyarə geri qayıdıb
# 12 may 2023 21:26 (UTC +04:00)

"Azərbaycan Hava Yolları"nın J2-256 nömrəli Naxçıvan-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən hava limanına qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən APA-ya bildirilib ki, təyyarə saat 20:20-də Naxçıvan Beynəlxalq Hava Limanında eniş edib.

Gecikmə zamanı sərnişinlər aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR