Neftçala sakini intihara cəhd edib - VİDEO

Neftçala sakini intihara cəhd edib - VİDEO
# 21 dekabr 2021 08:37 (UTC +04:00)

Neftçalada intihara cəhd hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində baş verib.

Kəndin sakini, 1996-cı il təvəllüdlü Tağıyev Vasif Bəxtiyar oğlu yaşadıqları evin yarımtikilisində özünü asıb. Son anda xəbər tutan yaxınları onu xilas ediblər. Neftçala xəstəxanasına çatdırılan 25 yaşlı gənc asfeksiya diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR