Nehrəmdə 40 yaşlı qadın yanıq xəsarətləri alıb

Nehrəmdə 40 yaşlı qadın yanıq xəsarətləri alıb
# 18 yanvar 2023 18:31 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında 40 yaşlı qadın ağır yanıq xəsarətləri alıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Babək rayonunun Nehrəm kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Həmidə Hacıyevanın əlində olan spirt alışıb, onun üzü və bədəninin digər nahiyələri yanıb.

Hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi deyilir. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR