Novxanıda evdə baş verən yanğın zamanı ölən şəxsin kimliyi məlum olub.
APA-nın xəbərinə görə, ötən gün Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən bağ evində baş verən yanğın zamanı yanaraq ölən şəxsin 1976-cı il təvəllüdlü Əhmədov Elçin Şirbəyi oğlu olduğu müəyyənləşib.
Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat və İstintaq Baş İdarəsində araşdırma aparılır.