Oğuzda 4 gün əvvəl yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb - VİDEO

Oğuzda 4 gün əvvəl yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb - VİDEO
# 03 sentyabr 2022 10:39 (UTC +04:00)

Oğuzda dörd gün əvvəl yol qəzasına düşən şəxs xəstəxanada ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Oğuz rayon Mollalı kənd sakini Böyükağa Məhəmməd oğlu Hacıyev bu gün müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasında həyatını dəyişib.

Qeyd edək ki, avqustun 30-u axşam saatlarında rayonun Mollalı kənd sakini 1966-cı il təvəllüdlü Yusif Müslüm oğlu Abışov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Yusif Abışov və sərnişini Böyükağa Hacıyev Şəki RMX-a yerləşdiriliblər.

Faktla bağlı Oğuz rayon polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR