Oğuzda yaşayış evi yanıb - FOTO - VİDEO

Oğuzda yaşayış evi yanıb  - FOTO  - VİDEO
# 06 avqust 2022 20:25 (UTC +04:00)

Oğuzda fərdi yaşayış evi yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında rayonun Mollalı kəndində, kənd sakini, 1988-ci il təvəllüdlü Nizami Yaqub oğlu Məmmədova məxsus ümumi sahəsi 100 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib. Hadisə nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR