Bank Of Baku

Oğuzda yol qəzası olub - VİDEO

Oğuzda yol qəzası olub  - VİDEO
# 08 mart 2022 21:56 (UTC +04:00)

Oğuzda baş verən yol qəzasında ər-arvad xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 105-ci kilometrliyində, Oğuz rayonunun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

1981-ci il təvəllüdlü Oğuz rayonu Padar kənd sakini Süleymanov Ceyhun Şahid oğlunun idarə etdiyi VAZ 2115 markalı avtomobillə, 1984-cü il təvəllüdlü Oğuz rayonunun Kərimli kəndind sakini Mustafayev Samir Çingiz oğlunun idarə etdiyi VAZ-2112 markalı avtomobil toqquşub.

Qəza zamanı C.Süleymanov və həyat yoldaşı 1987-ci il təvəllüdlü Süleymanova Zülfiyyə Məmmədəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasında ilkin müayinə edildikdən sonra Şəki RMX-a göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR