Paşha Bank
Bank Of Baku

Şavkat Mirziyoyev Bakıya gəlib - YENİLƏNİB

Şavkat Mirziyoyev Bakıya gəlib - YENİLƏNİB
# 14 oktyabr 2026 18:24 (UTC +04:00)

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

APA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Özbəkistan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

16.41

Özbəkistan Respublikası Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə oktyabrın 14-də Bakı şəhərinə yola düşüb.

APA xəbər verir ki, bu barədə məlumat Özbəkistan liderinin "X" hesabında paylaşılıb.

Bildirilib ki, dövlət başçısı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeddinci sammitində iştirak edəcək.

Həmçinin xarici nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüş və danışıqların keçirilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR