Oğuzda yol qəzası zamanı 2 nəfər xəsarət alıb

Oğuzda yol qəzası zamanı 2 nəfər xəsarət alıb
# 28 yanvar 2023 22:49 (UTC +04:00)

Oğuzda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, saat 16 radələrində Oğuz şəhəri Cavanşir küçəsində iki minik avtomobili toqquşub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər - Şəki rayonu Baş Zəyzid kənd sakinləri, 1966-cı il təvəllüdlü Eldar Mürsəl oğlu Cəlilov və 1992-ci il təvəllüdlü Rövşən Kamal oğlu İbadov Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Oğuz RMX-da yaralılara lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdurmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR