Ötən ay 25 nəfər Aİ ölkələrinin saxtalaşdırılmış pasportu ilə Azərbaycan sərhədini keçmək istəyib

Ötən ay 25 nəfər Aİ ölkələrinin saxtalaşdırılmış pasportu ilə Azərbaycan sərhədini keçmək istəyib
# 01 iyun 2022 14:54 (UTC +04:00)

Ötən ay qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 23 halda 25 nəfər Avropa İttifaqı üzv ölkələrinin saxtalaşdırılmış pasportu, daimi yaşayış kartı, şəxsiyyət vəsiqəsi, Şengen vizaları və tarix möhürləri ilə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıblar.

APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, sərhəd rеjim qaydalarını pоzduqlarına görə 85 halda 123 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR