Ötən il 52 prokurorluq işçisi cəzalandırılıb

Kamran Əliyev

© APA | Kamran Əliyev

# 24 yanvar 2022 17:37 (UTC +04:00)

Ötən il xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

APA-nın məlumatına görə, bu barədə Baş Prokuror Kamran Əliyev 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında deyib.

O bildirib ki, onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad edilib, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR